ARES Performance-dan gözəl Range Rover

ARES Performance-dan gözəl Range Rover

“ARES Performance” şirkəti özünü bütün siniflərə məxsus avtomobillər üzərində işləyən əsl mütəxəssis kimi göstərir. Buna görə də, tünerlərin növbəti işi yolsuzluq avtomobili “Range Rover 600 Supercharged” oldu.

“ARES” emalatxanasından çıxan lüks Britaniya yolsuzluq avtomobilinin salonu daha gözəl, eksteryeri isə daha idmansayağı alınıb. Yeni ban asması, interyer üzərində aparılan işlər avtomobilin eksklüzivliyini tamamlayıblar.

Ən ürəkaçanı isə mühərrikin daha da gücləndirilməsi və yerindən sıçrama dinamikasıdır. Yolsuzluq avtomobilinin xarici görünüşünü yeni qabaq bamper, kandar əlavələri, diffuzoru olan arxa bamper, qazburaxma sisteminin yeni formada olan sonluqları dəyişiblər.

Yeniliklər arasında fərqli radiator barmaqlığını və qabaq qanadlardakı əlavələri də qeyd etmək lazımdır. Avtomobilin dəbli bəzəkləri sırasında 22- və 23-düym ölçülərində diskləri göstərmək olar.

Texniki işlər sırasında isə klirensin bir qədər aşağı salınmasını, 5,0-litrlik kompressorlu V8 mühərrikinin çip-tüninqini qeyd edə bilərik. Gücü 510a.g.-dən 600 a.g.-ə qədər artan mühərrik ağır avtomobili 100 km/saat sürətə 5 saniyəyə çatdırır, maksimal sürəti isə 265 km/saat edir.

Tünerlər salonu yenidən qeyri-adi fakturalı dəri ilə işləyiblər, bura dekorativ detallar da əlavə ediblər. Oturacaqların söykənəcəkləri karbon qapaqlarla örtülüb, döşəməyə xalı salınıb.

Login

Forgot your password?

Login