Almanlar Rolls-Royce Ghost-u tüninq ediblər

Almanlar Rolls-Royce Ghost-u tüninq ediblər

“Rolls”-lar üzərində apardığı işləri ilə məşhur olan və artıq öz “Ghost” versiyasını istehsal edən Almaniyanın tüninq emalatxanası “Spofec” (yəni, “Novitec” bölməsi) bu markanın modeli üçün daha bir variant təqdim edib. Onlar dördqapıya dəbli “kostyum” geyindiriblər və turbolaşdırılmış V 12-ə güc əlavə ediblər.

“Spofec”-dən olan mütəxəssislər “Ghost”-un asmasını tamamilə dəyişiblər, radiator barmaqlığı və qapı tutacaqları üzərində işləyiblər, onu “Pirelli” şinləri olan 22-düymlük təkər diskləri ilə təchiz ediblər.

Bu iş indi qızılı-qara çərçivədə aparılıb. Texniki cəhətdən daha çox iş görülüb. Burada sedanı 5 kq yüngülləşdirən yeni qazburaxma sistemini, karbon-keramik əyləcləri göstərmək olar.

Texniki təkmilləşdirmə 6,5-litrlik tvin-turbo mühərrikinin gücünü 710 a.g.-dən artıq edib (əvvəl bu, 563 a.g. idi). Bundan sonra “Rolls-Royce” ilk yüzlüyə 4,4 saniyəyə sürətlənəcək. Maksimal sürət yenə də 250 km/saatdır.

Tünerlər maksimal sürətin əvvəlki kimi qalmasını belə izah ediblər ki, ağır avtomobilin təkərləri yüksək sürətdə yaxşı idarə olunmurlar.

Login

Forgot your password?

Login