Hyundai möhtəşəm kupe təqdim edib

Hyundai möhtəşəm kupe təqdim edib

“Hyundai” şirkəti “Vision G” adlı yeni konseptual kupenin sirrini açdı. İstehsalçının “gələcək premial modellərin ilhamı” adlandırdığı bu avtomobil Los-Ancelesdəki muzeydə (LACMA) təqdim edilib.

“Hyundai Vision G Concept Coupe”-nin xarici görünüşünün düzəldilməsində Koreya avtomobil istehsalçısının ABŞ-dakı dizayn-studiyası çalışıb. Lakin istehsalatda “Hyundai” şirkətinin digər ölkələrdən olan mütəxəssisləri də iştirak ediblər.

“Hyundai Vision G” konsepti “Genesis Coupe” modelinin təməlində hazırlanıb. Buna baxmayaraq, yeniliyin dizaynı əvvəlki modeldən xeyli fərqlənir. Məsələn, radiator barmaqlığı, fənərlər, böyük kapot, böyük karbon disklər, baqaj qapağı və arxa fənərlər qeyd edilməlidir.

“Hyundai Vision G”-nin salonu 4 nəfər üçün nəzərdə tutulub. Lakin istehsalçı bildirir ki, avtomobil ilk növbədə sürücü üçün ünvanlanıb. Burada bahalı növ dərilərdən, ağac əlavələrdən və “Lexicon” audio sistemdən istifadə edilib.

“Hyundai Vision G”-nin kapotu altında 5,0-litrlik Tau V8 mühərriki yerləşdirilib ki, o, 425 a.g. və 518 Nm verir. İstehsalçı kupenin dinamik xarakteri barədə məlumat verməyib.

Login

Forgot your password?

Login