Bugatti Vision Gran Turismo konseptini göstərib

Bugatti Vision Gran Turismo konseptini göstərib
“Bugatti” şirkəti virtual konsept “Vision Gran Turismo”-nun sirrini açıb. Prototip “Gran Turismo 6” video oyunu üçün hazırlanıb, lakin sentyabrında Frankfurtda açılacaq avtosalonda real şou-kar kimi təqdim ediləcək.
Virtual model “Vision Gran Turismo” Polyphony Digital Inc.-lə birgə hazırlanıb. Bolidin dizayn elementləri və bir sıra texnologiyalar brendin gələcək avtomobillərində tətbiq ediləcək. Onlardan birincisi isə superkar “Veyron” olacaq, ki, bu avtomobil gələn il Cenevrə avtosalonunda təqdim ediləcək.
Qeyri-rəsmi məlumatlara əsasən, yenilik “Chiron” adlandırılacaq. Modelin qiyməti 2,2 milyon avrodan başlayacaq. Avtomobil məhdud sayda – cəmi 500 ədəd buraxılacaq.
Yeniliyin xarici görünüşü “Veyron”a oxşayır, lakin avtomobilin 90%-i yeni və təkmilləşdirilmiş detallardan ibarət olacaq. Yeni avtomobil “Bugatti” markasının sıralarında yeganə model olacaq, belə ki, “Veyron” 2015-ci ildə konveyerdən çıxarılacaq.
İstehsalçı iddia edir ki, model 100 km/saata 2 saniyəyə sürətlənə bilir. Maksimal sürət isə 450 km/saatdır. Təsirli gücü və dinamikası ilə avtomobil Avro-6 normalarına cavab verəcək.

Login

Forgot your password?

Login