Mercedes yeni kupe təqdim edib

Mercedes yeni kupe təqdim edib

“Mercedes” şirkəti kupe banında olan “C-Class”-ın sirrini açıb. Yeniliyin debütü bu ilin sentyabrında Frankfurt avtosalonunda keçiriləcək. O, təqdimatdan dərhal sonra dünya bazarına çıxarılacaq. Burada onun əsas rəqibləri “Audi A5” və “BMW 4-Series” olacaq.

Avtomobilin dizaynı “S-Class Coupe”-ni xatırladır. Model enli radiator barmaqlığı, trapesiya formasında qazburaxma sistemi, böyük hava çıxıntıları, 17-düymlük təkər diskləri və diodlu hərəkət işıqları alıb.

Yeniliyin uzunluğu 95mm, eni 40mm artıb, təkər bazası isə sələfinə nisbətən 80mm böyüdülüb. Avtomobilin salonunda yeni idman oturacaqları, böyük displeyi olan təkmilləşdirilmiş multimedia sistemi və tamamilə dəyişdirilmiş cihazlar paneli quraşdırılıb.

“C-Class Coupe” qabaqcıl təhlükəsizlik sistemi ilə təchiz edilib. Yenilik arxa görünüş kamerası, parktronik, adaptiv “Distronic Plus” kruiz-kontrol ilə təchiz edilib.

Login

Forgot your password?

Login